|
29 may 2013, 16:45
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğandan
Cənab Prezident! Əziz qardaşım! Dost və qardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə, millətim, hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirirəm. Bu mənalı gündə Azərbaycan xalqının haqlı qürurunu və şövqünü ürəkdən paylaşırıq. Mükəmməl səviyyədəki ikitərəfli münasibətlərimizin və ortaq tarix, mədəniyyət və adət-ənənələrlə bir-birinə bağlanan qardaş xalqlarımız arasındakı güclü həmrəyliyin hər sahədə dərinləşərək gələcək nəsillərə çatdırılacağına inamım sonsuzdur. Aramızdakı yaxın bağların və həmrəyliyin, xalqlarımız üçün səmərəli olduğu qədər, regionumuzun sülh və rifahının təmin edilməsi baxımından da mühüm olduğunu düşünürəm. Bu çərçivədəki əməkdaşlığımızı qətiyyətlə davam etdirmək yolundakı iradəmiz tamdır. Fürsətdən istifadə edərək, Sizin sağlamlıq və xoşbəxtliyiniz ilə dost və qardaş Azərbaycan xalqının sülh və firavanlığı üçün ən səmimi diləklərimi bir daha bildirirəm. Hörmətlə,
Rəcəb Tayyib Ərdoğan AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.