Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan
Text size
29 may 2013, 17:05
Hörmətli İlham Heydər oğlu!
Türkmənistan hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin dost xalqına Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin bundan sonra da dinamik inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əminliyimi bildirirəm.
Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və çiçəklənmə arzulayıram.
Hörmətlə,
Qurbanqulu Berdiməhəmmədov
Türkmənistan Prezidenti
