|
04 oktyabr 2010, 18:57
İlham Əiyev “Xabad-Or-Avner” təhsil mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilmiş 450 yerlik “Xabad-Or-Avner” təhsil mərkəzinin açılış mərasimində iştirak etmişdir.
Təhsil mərkəzi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın öz gələcəyini daha etibarlı və inamlı görmək əzmini nümayiş etdirir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən, elm və təhsilin inkişafını təmin edən layihələri dəstəkləyir. Xalqımızın ümummilli liderinin adını daşıyan Fond bu sahəyə diqqət yetirməklə və bir çox layihələri reallaşdırmaqla Azərbaycanın gələcəyini təmin etmək işinə layiqli töhfələr verir. Heydər Əliyev Fondu “Or-Avner” Fondu ilə birlikdə “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yaşayan yəhudi uşaqların təhsili üçün mərkəz inşa etmişdir. Ulu öndər Heydər Əliyev 2003-cü ildə binanın inşası ilə bağlı, Prezident İlham Əliyev isə 2004-cü ilin dekabrında yeni kompleksin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş vermişlər. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev arasında 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanmışdır. Elə həmin gün paytaxtın Xətai rayonunda Azərbaycanda yaşayan yəhudi uşaqlar üçün təhsil mərkəzinin təməlqoyma mərasimi olmuşdur. Bu layihənin reallaşması bir daha təsdiqləyir ki, Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlar tarixən mehriban ailə kimi yaşamışlar. “Xabad Or-Avner” təhsil mərkəzi ölkəmizdə çox böyük tarixə, ənənələrə malik olan yəhudi icmasının da özünün bənzərsiz mədəniyyətini, milli adət-ənənələrini qoruyub saxlaması üçün inşa edilmişdir. ![]() 04 oktyabr 2010, 20:52
İlham Əliyev Azərbaycana gələn yəhudi icmalarının nümayəndələrini qəbul etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.