|
29 may 2013, 17:10
Sloveniya Respublikasının Prezidenti Borut Pahordan
Zati-aliləri! Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Sloveniya xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan, ölkənizə hərtərəfli tərəqqi və çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini qeyd etmək istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur. İnanıram ki, Sloveniya və Azərbaycan arasındakı əlaqələr müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda davam edib bundan sonra da regionda sülh və sabitlik maraqlarına xidmət edəcək. Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm. Dərin hörmətlə, Borut Pahor Sloveniya Respublikasının Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.