Gerb

29 may 2013, 17:20

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram və Qətər xalqı da mənim bu təbriklərimə qoşulur.

Fürsətdən istifadə edərək dərin hörmətlə Sizə səmimi salamlarımı çatdırır, Zati-alinizə rifah, Azərbaycan xalqına isə daha böyük inkişaf və çiçəklənmə, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin güclənməsini arzulayıram.

Dərin hörmətlə,

Həməd bin Xəlifə Al Tani

Qətər Dövlətinin Əmiri