Qətər Dövlətinin Əmiri Həməd bin Xəlifə Al Tanidən
Text size
29 may 2013, 17:20
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram və Qətər xalqı da mənim bu təbriklərimə qoşulur.
Fürsətdən istifadə edərək dərin hörmətlə Sizə səmimi salamlarımı çatdırır, Zati-alinizə rifah, Azərbaycan xalqına isə daha böyük inkişaf və çiçəklənmə, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin güclənməsini arzulayıram.
Dərin hörmətlə,
Həməd bin Xəlifə Al Tani
Qətər Dövlətinin Əmiri
