|
29 may 2013, 17:45
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib S.Lebedevdən
Hörmətli İlham Heydər oğlu! Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Dövlət müstəqilliyinin bərpa edilməsi sayəsində Azərbaycan iqtisadi, sosial-mədəni inkişafda nəzərəçarpacaq nəticələrə nail olmuş, dünya birliyində hörmət, Müstəqil Dövlətlər Birliyində layiqli nüfuz qazanmışdır. Əminəm ki, Azərbaycan Respublikası ilə MDB-nin iştirakçısı olan dövlətlər arasında çoxşaxəli qarşılıqlı əlaqələrin daha da genişlənməsi bir sıra iqtisadi, elmi-texniki, sosialyönümlü ümumdövlət proqramlarının həyata keçirilməsinə şərait yaradacaqdır. MDB çərçivəsində inteqrasiyalı inkişaf məsələlərinin həllində Sizin dəstəyinizə və qarşılıqlı anlaşmaya ümidvar olduğumu bildirirəm. Möhtərəm İlham Heydər oğlu, bu bayram günündə Sizə möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram. Dərin hörmətlə,
S.Lebedev MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.