|
29 may 2013, 18:10
İlham Əliyevin adından bir qrup ABŞ konqresmeninin şərəfinə işçi lanç verilmişdir
Prezident İlham Əliyevin adından bir qrup ABŞ konqresmeninin şərəfinə işçi lanç verildi. Qonaqları bir daha salamlayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin böyük tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında daha sıx əməkdaşlığın qurulmasına qarşılıqlı marağın olduğunu qeyd etdi. Azərbaycan-ABŞ tərəfdaşlığının artıq sınaq dövründən çıxdığını deyən dövlətimizin başçısı ölkələrimizin həqiqi və etibarlı dostlar olduğunu vurğuladı. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən qanunverici və icraedici orqanlar arasında əlaqələrin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi. ABŞ senatoru Riçard Luqar yüksək qonaqpərvərliyə və “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunda əhatəli çıxışına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından yeni bir təcrübə olduğunu vurğulayan qonaq ABŞ-Azərbaycan dostluğunun daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Sonda xatirə şəkli çəkdirildi. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.