Gerb

29 may 2013, 18:25

Salam, cənab Prezident!

Bu məktubu Sizə Aleksandr Kaliniçenko yazır. İcazə verin, Sizi Respublika Günü münasibətilə təbrik edim, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayım.

1976-cı ildə mən 6 nömrəli məktəbin birinci sinfində Sizinlə bərabər son zəng çalmaq şərəfinə nail olmuşam.

Mən milliyyətcə rusam. Azərbaycanda doğulmuşam, ömrüm boyu burada yaşamışam və buradan heç vaxt köçüb getmək fikrində deyiləm. Sizin sayənizdə, Sizin yürütdüyünüz siyasət sayəsində mən öz gələcəyimə əminəm.

Göstərdiyiniz qayğıya görə çox sağ olun. Sizə ən xoş arzularımı bildirirəm.

Dərin hörmətlə,

Kaliniçenko Aleksandr

Azərbaycan Respublikası Bakı.