|
30 may 2013, 15:15
Rumıniyanın Prezidenti Trayan Beseskudan
Əziz cənab Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Rumıniya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, Azərbaycan xalqına isə çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram. Bununla bərabər, hakimiyyətiniz dövründə əldə olunan və Azərbaycan Respublikasının demokratik inkişafına, müasirləşməsinə töhfəsini verən nailiyyətlərə görə Sizi təbrik etmək istəyirəm. Fürsətdən istifadə edərək strateji tərəfdaşlığın yaradılması ilə bağlı Birgə Bəyannamə və strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planına uyğun olaraq Rumıniya ilə Azərbaycan arasındakı enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğumu bildirmək istəyirəm. Eyni zamanda, Sizi əmin etmək istəyirəm ki, Rumıniya bundan sonra da Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, həmçinin Azərbaycan ilə Avropa və Avratlantik strukturlar arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətində dəstəyini əsirgəməyəcəkdir.
Əziz cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.