Məryəm Əlizadədən, Bakı, Azərbaycan
10 may 2010, 15:51
Hörmətli cənab Prezident!
Ulu öndərimiz Heydər Əliyevin mədəniyyət siyasətini uğurla və yaradıcılıqla davam etdirərək mədəniyyətimizin çiçəklənməsi və dünyada tanınması naminə gördüyünüz nəhəng miqyaslı işlər hər bir mədəniyyət işçisi kimi mənim də qəlbimdə böyük minnətdarlıq hissi doğurur.
Ölkəmizin bir qrup mədəniyyət xadimi ilə birlikdə mənə də Prezident mükafatı verilməsi üçün imzaladığınız Sərəncama görə Sizə dərin təşəkkürümü bildirir və əmin edirəm ki, Azərbaycanda teatr sənətinə verilən bu böyük qiymətin müqabilində mən də bütün qüvvə və bacarığımı əsirgəməyəcəyəm.
Hörmətlə,
Məryəm Əlizadə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri
