Gerb

30 may 2013, 15:20

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən yaxşı arzularımı Zati-alinizə çatdırmaqdan məmnunam.

Xalqlarımız arasında ənənəvi dostluq, qarşılıqlı dəstək və anlayışa əsaslanan hərtərəfli əlaqələrimiz barədə bu yaxınlarda Bakıda etdiyimiz söhbətlər mənə belə bir inam verir ki, qarşılıqlı fayda naminə bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün bu əlaqələrimizi uğurla davam etdirəcəyik.

Zati-aliləri, Bakıda keçirdiyimiz görüşlərin və Sizin qonaqpərvərliyinizin unudulmaz xatirələri ilə dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm.

Hörmətlə,

Tomislav Nikoliç
Serbiyanın Prezidenti