Yunanıstanın Prezidenti Karolos Papulyasdan
Text size
30 may 2013, 15:25
Zati-aliləri,
Azərbaycanın Respublika Günü münasibətilə yunan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Sizin Yunanıstana səbirsizliklə gözlədiyim rəsmi səfəriniz hər iki xalqın mənafeyi naminə ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirəcəkdir.
Fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına tərəqqi və rifah, Sizə isə möhkəm cansağlığı diləyirəm.
Səmimiyyətlə,
Karolos Papulyas
Yunanıstanın Prezidenti
