Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan
Text size
30 may 2013, 15:35
Zati-aliləri!
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Ölkələrimiz arasında səmimi və dostluq münasibətlərini yüksək qiymətləndirir, ikitərəfli və beynəlxalq əməkdaşlığımızın gələcəkdə daha da güclənməsinə ümid edirəm. Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.
Hörmətlə,
Hacı Həssənal Bolkiah
Bruneyin Sultanı
