|
30 may 2013, 15:27
Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən
Möhtərəm cənab Prezident, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Litva xalqı adından və şəxsən öz adımdan Sizə və xalqınıza səmimi təbriklərimi, Azərbaycanın rifahı və təhlükəsizliyi, davamlı inkişafı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram. Uzun illərdir ki, Azərbaycan regionda Avropa İttifaqının mühüm tərəfdaşıdır. Ona görə də, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əlaqələri daha da inkişaf etdirmək üçün Sizə və ölkənizə səmimi qəlbdən dinamik inkişaf arzulayıram. Qarşıdakı altı ayda Litva Avropa İttifaqı Şurasına sədrlik edəcəkdir. Çox ümidvaram ki, bu ilin sonunda baş tutacaq Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində ümumi nailiyyətlərimizi birləşdirib Azərbaycan ilə Avropa İttifaqı arasında daha güclü əməkdaşlıq əlaqələri qura biləcəyik.
Respublika Günü münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. 30 may 2013, 16:30
İlham Əliyev UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.