|
30 may 2013, 19:20
İlham Əliyev ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çamblissin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Mayın 29-da Bakıda “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə keçirildiyini vurğulayan Prezident İlham Əliyev ABŞ-dan 300-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə tərəfdaşlığımıza dair aparılan məhsuldar müzakirələrin önəmini qeyd etdi. ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çambliss istər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə böyük inkişafın şahidi olduqlarını dedi. O, ölkələrimiz arasında bir çox sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin inkişafına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.