|
30 may 2013, 19:10
İlham Əliyev Əfqanıstanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Əfqanıstanın xarici işlər naziri Zalmai Rassulun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Xarici işlər naziri Zalmai Rassul Əfqanıstan Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın Əfqanıstanla bağlı müxtəlif beynəlxalq humanitar proseslərdə iştirakının əhəmiyyəti qeyd edildi, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminlik bildirildi. Dövlətimizin başçısı Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmağı xahiş etdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.