Gerb

31 may 2013, 16:10

Möhtərəm Prezident! 

Biz, əvəzsiz lider kimi Sizin xalqımız qarşısındakı xidmətlərinizi, gərgin əməyinizlə ölkə iqtisadiyyatına verdiyiniz töhfəni, şəxsi nəzarətiniz və rəhbərliyinizlə təhsilimizi, səhiyyəmizi, ədəbiyyatımızı, mənəviyyatımızı, musiqimizi, idmanımızı inkişaf etdirməyinizi yüksək dəyərləndiririk. Tikilən körpülərə, salınan parklara, göz oxşayan yollara, yeni təmir olunmuş təhsil, səhiyyə ocaqlarına, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərə nəzər saldıqca fəxr edirik.

Hörmətli cənab Prezident, Pirallahı rayonunun yaradılması barədə verdiyiniz Sərəncam burada yaşayan sakinlər üçün böyük hədiyyədir. Bu qərarı dərin minnətdarlıqla qarşıladıq. Xalqımız Sizin bu qayğıkeşliyinizi heç vaxt unutmayacaqdır.

Çünki artıq Pirallahı qəsəbəsində də tikinti, quruculuq, abadlıq və təmizlik işləri geniş vüsət almışdır. Burada nümunəvi məhəllələr salınır, köhnəlmiş su xətləri yeniləri ilə əvəz olunur, yollarımız abadlaşdırılır, küçələrimiz işıqlandırılır, yeni istirahət parklarının salınması, müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi planlaşdırılır. Bir sözlə, qəsəbə sakinlərinin xoşbəxt və firavan yaşaması üçün hər cür şərait yaradılır.

Möhtərəm Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Qoy Ulu Tanrı Sizi Azərbaycan xalqına çox görməsin!

Azərbaycan xalqı daim Sizi dəstəkləyir.

Hörmət və ehtiramla,

Ağsaqqallar və ictimaiyyət nümayəndələri adından,
Məhəmmədov Fazil,
Heydərov Cavad,
Məmmədov Güləhməd
Süleymanov Süleyman
Əhmədov Oktay və başqaları (cəmi 20 nəfər).

Azərbaycan Respublikası, Pirallahı rayonu.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR