|
04 oktyabr 2010, 18:20
Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydaları
Azərbaycan Respublikası Prezidentinin I. Ümumi müddəalar 1. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hazırlanmışdır və fərdi məlumatların informasiya sistemlərinin (bundan sonra – İnformasiya sistemləri) dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir. 2. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri (bundan sonra - Dövlət reyestri) İnformasiya sistemləri barədə məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır. 3. Dövlət reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir. 4. Dövlət reyestrinin aparılması ilə bağlı xərclər dövlət büdcəsi hesabına maliyyələşdirilir. II. Dövlət reyestrinin formalaşdırılmasının əsas prinsipləri 5. Dövlət reyestrinin formalaşdırılmasının və fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
5.1. mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi; III. Reyestrin operatoru 6. Dövlət reyestri Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra – Reyestrin operatoru) tərəfindən aparılır. 7. Reyestrin operatoru:
7.1. İnformasiya sistemlərinin dövlət qeydiyyatına alınmasının və dövlət qeydiyyatının ləğv edilməsinin kağız daşıyıcı üzərində və elektron formada təşkili və idarə olunmasını təmin edir; IV. Dövlət reyestrinin formalaşdırılması və aparılması 8. Dövlət qeydiyyatına alınmış İnformasiya sistemləri haqqında məlumatlar Dövlət reyestrinə daxil edilir. 9. Dövlət reyestrinə daxil edilən məlumatlar İnformasiya sistemlərinin dövlət qeydiyyatı və ya dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı məlumatlardan, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsində nəzərdə tutulmuş məlumatlardan ibarətdir. 10. Reyestrin operatoru elektron və ya kağız daşıyıcılarda təqdim olunmuş məlumatları Dövlət reyestrinə daxil edir və İnformasiya sisteminin mülkiyyətçisinə Dövlət reyestrindən çıxarış verir. 11. İnformasiya sisteminin mülkiyyətçisi Dövlət reyestrinə daxil edilmək üçün təqdim etdiyi məlumatların tam və düzgün olmasını təmin etməlidir. 12. Reyestrin operatoru İnformasiya sistemi haqqında məlumatları dəqiqləşdirmək məqsədi ilə əlavə məlumat tələb edə bilər və ya İnformasiya sistemi ilə bilavasitə tanış ola bilər. 13. İnformasiya sistemində dəyişiklik edildikdə və ya həmin sistem ləğv edildikdə, İnformasiya sisteminin mülkiyyətçisi Dövlət reyestrində müvafiq düzəlişlər edilməsi üçün üç iş günü müddətində Reyestrin operatoruna yazılı surətdə müraciət etməlidir. 14. Reyestrin operatoru, bir qayda olaraq, ən azı beş ildə bir dəfə Dövlət reyestrində İnformasiya sistemləri haqqında mövcud olan müvafiq məlumatların tam və düzgün olmasını İnformasiya sisteminin mülkiyyətçisinə sorğu verməklə və ya yerində tanış olmaqla dəqiqləşdirir. 15. Dövlət reyestrində hər bir informasiya sisteminə ardıcıllıq qaydasında növbəti qeydiyyat nömrəsi verilir. 16. Dövlət reyestrinin elektron formada təşkili və idarə olunması məlumatların avtomatlaşdırılmış qaydada toplanılması, işlənilməsi və mühafizəsini həyata keçirməyə imkan verən xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. 17. Dövlət reyestrində mövcud informasiya ehtiyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onun aktual ehtiyat nüsxəsinin mövcudluğu və saxlanılması təmin olunur. 18. Dövlət reyestrində fərdi məlumatların informasiya sistemləri haqqında məlumatların arxivləşdirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. V. İnformasiya sistemləri haqqında məlumat 19. Hüquqi və fiziki şəxslər İnformasiya sistemləri haqqında məlumat almaq hüququna malikdirlər. 20. İnformasiya sistemləri haqqında məlumat Reyestrin operatorunun İnternet informasiya ehtiyatında yerləşdirilir. 21. İnternet informasiya ehtiyatında İnformasiya sistemləri haqqında yerləşdirilən məlumatın tərkibi Reyestrin operatoru tərəfindən müəyyən edilir. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.