Gerb

31 may 2013, 17:30

Zati-aliləri,

Azərbaycanın milli bayramı-Respublika Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Sizə və qardaş Azərbaycan xalqına ən dərin ehtiramla xoşbəxtlik və bol-bol rifah arzulayıram.

Hörmətlə,

Xəlifə bin Zaid Al Nəhyan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti