Gerb

31 may 2013, 17:45

Zati-aliləri,

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Malayziyanın birinci xanımı da mənim təbriklərimə qoşulur.

Əminik ki, Malayziya ilə Azərbaycan arasındakı dostluq münasibətləri gələcək illərdə də güclənəcəkdir və Azərbaycan Zati-alinizin müdrik rəhbərliyi altında daha da inkişaf edəcəkdir.

Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku

əl-Hac Abdul Halim Muadzam Şah

ibni əl-Mərhum Sultan Badlişah

Malayziyanın Ali Başçısı