Gerb

31 may 2013, 17:55

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Hörmətlə,

Məhəmməd bin Rəşid Əl Məktum

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti,

Baş naziri və Dubayın Hökmdarı