“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Text size
31 may 2013, 20:00
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, №7, maddə 647) 3.2-ci maddəsində “iyunun 1-dən” sözləri “sentyabrın 1-dən” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2013-cü il.
