Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Tunis Respublikasının Prezidenti Monsef Marzukidən

Text size Plus Minus

01 iyun 2013, 16:25

Hörmətli Prezident,

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və çiçəklənmə arzulayıram.

Dost ölkələrimizin mənafeyi naminə ikitərəfli əlaqələrimizin gücləndirilməsi və bütün sahələrdə qarşılıqlı mübadilənin genişləndirilməsi istiqamətində Sizinlə daha yaxından işləməyə ümid edirəm.

Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı və uğurlar arzularımı qəbul edin.

Monsef Marzuki

Tunis Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi