Gerb

01 iyun 2013, 16:15

Zati-aliləri,

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi Sizə bildirməkdən sevinc hissi duyuram. Bu fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında davamlı əlaqələrin inkişafını, Zati-alinizə möhkəm cansağlığı və səadət, ölkənizə və xalqınıza tərəqqi və çiçəklənmə arzuladığımızı bildiririk.

Möhtərəm Prezident, səmimi salamlarımı və xoş arzularımı qəbul edin.

Hörmətlə,

Sabah əl-Əhməd əl-Cabir əs-Sabah

Küveyt Dövlətinin Əmiri