Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviçdən

Text size Plus Minus

01 iyun 2013, 16:05

Zati-aliləri,

Ölkənizin dövlət bayramı – Respublika Günü münasibətilə təbriklərimi qəbul edin. Sizə və Azərbaycan vətəndaşlarına ölkənizin rifahı və bütün Cənubi Qafqaz regionunda təhlükəsizlik naminə bol-bol uğurlar arzulayıram.

Eyni zamanda, arzu edirəm ki, Slovakiya ilə Azərbaycan Respublikası arasında ənənəvi səmimi qarşılıqlı münasibətlər gələcəkdə konkret əməkdaşlıq layihələrində əks olunsun.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirmək istəyirəm.

Hörmətlə,

İvan Qaşparoviç

Slovakiya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi