Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Ciorcio Napolitanoya

Text size Plus Minus

01 iyun 2013, 15:55

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

İnanıram ki, ikitərəfli qaydada, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 may 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi