|
03 iyun 2013, 17:15
İlham Əliyev Rusiyanın Azərbaycandakı səfirini qəbul etmişdir
Prezident İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul etmişdir. Səfir Vladimir Doroxin dövlətimizin başçısına Rusiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubiley münasibətilə xatirə markasının buraxıldığı barədə məlumat verərək markanın nümunələrini Prezident İlham Əliyevə təqdim etdi. Görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və ölkəmizin ümumi inkişafında müstəsna rolu qeyd edilərək onun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişaf etdirilməsində göstərdiyi böyük xidmətlər ehtiramla xatırlandı. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olundu. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.