Gerb

03 iyun 2013, 17:40

Cənab Prezident,

Azərbaycan Respublikasının müstəqilliyinin 95-ci ildönümü münasibətilə ən səmimi təbriklərimizi çatdıraraq Sizi salamlamaqdan şərəf hissi duyuram.

Fürsətdən istifadə edərək xalqınıza inkişaf və çiçəklənmə diləyimizi Zati-alinizə çatdırmaq istərdim.

Yaxın gələcəkdə hökumətinizlə həm beynəlxalq müstəvidə, həm də ikitərəfli əməkdaşlıqda daha möhkəm əlaqələrin qurulması bizim üçün çox xoş olardı.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Porfirio Lobo Sosa

Honduras Respublikasının Prezidenti