|
05 oktyabr 2010, 12:20
İlham Əliyev Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoydu. 2010-cu ilin 8 ayında muxtar respublikada ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 772 milyon manatdan çox olmuşdur. Sənaye sahəsində aparılan islahatlar bu ilin səkkiz ayında 213 milyon manatdan çox məhsul istehsalı ilə nəticələnmişdir. Həmin dövrdə muxtar respublikada 300-ə yaxın müxtəlif təyinatlı obyekt, 10-dan çox inzibati bina tikilərək istifadəyə verilmiş, aqrar sahənin inkişafı diqqətdə saxlanılmışdır. Cari ildə əkilən taxıl zəmilərinin sahəsi əvvəlki dövrlə müqayisədə 362 hektar artırılmışdır. Bu ilin səkkiz ayında Naxçıvan Muxtar Respublikası 125,5 milyon ABŞ dollarından çox xarici ticarət əməliyyatları aparmışdır. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması prosesi sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada aparılan təhsil və səhiyyə islahatlarına əsl töhfədir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.