|
03 iyun 2013, 17:45
Moldova Respublikasının sabiq Prezidenti Vladimir Voronindən
Əziz İlham Heydər oğlu, Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Dövlətinizə firavanlıq və uğurlu inkişaf, Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm. Son 20 ildə Azərbaycan Respublikasında müşahidə olunan müsbət dəyişikliklərin dinamikası və uzaq 1918-ci ildə qoyulmuş möhkəm təməl təkcə regionda deyil, həm də dünyada bir sıra ölkələr üçün nümunə olan müasir, inkişaf etmiş dövlətin mövcudluğunun qarantıdır. Azərbaycan Respublikasının uğurlu təşəkkülündə və mövcudluğunda bu dövlətin baniləri ilə yanaşı, onun səmərəli idarə olunmasını, habelə ölkənin sosial-iqtisadi və mədəni əsaslarının möhkəmlənməsi və inkişafı işində zəruri varisliyi təmin edən müasir rəhbərlər də böyük rol oynayır. Bununla əlaqədar, mübaliğəsiz deyə bilərəm ki, mənim müəllimim və dostum Heydər Əlirza oğlu Əliyevin Azərbaycanın dövlət quruculuğu işinə verdiyi töhfələr ən yüksək qiymətə layiqdir. Əminəm ki, ölkənizin bundan sonrakı inkişaf yolu da uğurlu və dinamik, moldav və Azərbaycan xalqları arasında dostluq isə əbədi və sarsılmaz olacaqdır. Hörmətli İlham Heydər oğlu, Sizə uğurlar, cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün ideyalarınızın gerçəkləşməsini və yeni nailiyyətlər diləyirəm! Hörmətlə,
Vladimir Voronin AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.