Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size Plus Minus

03 iyun 2013, 18:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından:

Əliyev Vüqar Saydam oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Qurbanov Faiq Mirəsədulla oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Hümbətov İntiqam Rəsul oğlu -  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi

kütləvi informasiya vasitələrindən:

Məcidov Rəşad Müseyib oğlu - “525-ci qəzet”in baş redaktoru

Rəhimzadə Vüqar Gəncəli oğlu - “İki Sahil” qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu  - “Azərbaycan” qəzetinin baş redaktoru

jurnalist təşkilatlarından: 

Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Mirzəyev Umud Rəhim oğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 291 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 372) ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2013-cü il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi