Gerb

04 iyun 2013, 16:00

Hörmətli cənab Prezident! 

Quba rayonunun Rustov-Xanəgah yolu yaxşı olmadığına görə kəndlərimizin sakinləri uzun illər çox əziyyət çəkirdilər. Güclü yağış yağdıqda isə gediş-gəliş tamam kəsilirdi. Artıq bizim çətinliyimiz arxada qalır. Sizin Sərəncamınızla bu yolun tikintisinə vəsait ayrılması bizi çox sevindirir. Göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Həmişə olduğu kimi Sizi dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

Musayev Ağası, Rustov kənd sakini
Kazımov Yunus, Xanəgah kənd sakini, Böyük Vətən
müharibəsi veteranı

Azərbaycan Respublikası, Quba rayonu, Rustov və
Xanəgah kəndləri.