|
04 iyun 2013, 18:05
Latviya Respublikasının Prezidenti Andris Berzinşdən
Zati-aliləri, Latviya xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Mən Azərbaycan Respublikasına bu yaxınlarda etdiyim rəsmi səfərimi məmnunluqla xatırlayıram. Son illər ölkələrimiz arasında münasibətlər uğurla inkişaf etmişdir. Çox şadam ki, bu münasibətlərin inkişafı dinamik şəkildə davam etməkdədir. Əminəm ki, Sizin rəhbərliyiniz sayəsində Latviya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı fayda, inam və dostluq ruhunda inkişaf edəcəkdir. Fürsətdən istifadə edərək, Zati-aliniz üçün münasib bir vaxtda Sizi Latviyaya səfərə dəvət etmək istərdim. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin. Hörmətlə, Andris Berzinş Latviya Respublikasının Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.