Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Latviya Respublikasının Prezidenti Andris Berzinşdən

Text size Plus Minus

04 iyun 2013, 18:05

Zati-aliləri,

Latviya xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Mən Azərbaycan Respublikasına bu yaxınlarda etdiyim rəsmi səfərimi məmnunluqla xatırlayıram. Son illər ölkələrimiz arasında münasibətlər uğurla inkişaf etmişdir. Çox şadam ki, bu münasibətlərin inkişafı dinamik şəkildə davam etməkdədir. Əminəm ki, Sizin rəhbərliyiniz sayəsində Latviya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı fayda, inam və dostluq ruhunda inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-aliniz üçün münasib bir vaxtda Sizi Latviyaya səfərə dəvət etmək istərdim.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Andris Berzinş

Latviya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi