|
04 iyun 2013, 19:35
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemerondan
Əlahəzrət Kraliça Hökuməti adından Zati-aliləri Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını XX Xəzər neft, qaz sərgisi və konfransı münasibətilə təbrik edirəm. Mən ölkələrimiz arasında ticarət əlaqələri üzərində qurulmuş möhkəm, davamlı ikitərəfli münasibətləri alqışlayıram. Bu gün bir çoxunun burada da təmsil olunduğu Böyük Britaniya şirkətləri, Azərbaycanda birbaşa xarici investisiyanın, – bu, xüsusilə neft və qaz sektoruna aiddir, - ən böyük mənbəyidir. Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynamışdır. Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir və mən bp şirkətinin bu proseslərdə bu cür yaxından iştirakından məmnunluq duyuram. 2013-cü il dünya səviyyəli “Şahdəniz” yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində “Cənub qaz dəhlizi”nin reallaşması baxımından mühüm il olacaqdır. Eyni zamanda, Mərkəzi Asiya qazının Avropaya çıxarılması marşrutu olan “Cənub” dəhlizi ilə bağlı səylərin tam reallaşması üçün hələ də görüləcək işlər çoxdur. Əminəm ki, bu səylər reallığa çevriləcəkdir. Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram. Fürsətdən istifadə edərək, builki neft və qaz sərgisinin iştirakçılarına şəxsən ən xoş arzularımı çatdırmaq istəyirəm. XX Xəzər neft, qaz sərgisi və konfransının işinə uğurlar arzulayıram.
Sağ olun. Birləşmiş Krallığının Baş naziri AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.