Gerb

04 iyun 2013, 21:10

Hörmətli cənab Prezident!

On altı kəndi əhatə edən və 10 min nəfərə yaxın əhalisi olan Rustov inzibati ərazi dairəsinin camaatı yollarımızın tikintisi üçün vəsait ayrılması barədə Sizin 2013-cü il 31 may tarixli Sərəncamınızı çox böyük sevinclə qarşıladı. Bundan sonra onlar bu yolda gediş-gəliş zamanı daha əziyyət çəkməyəcəklər. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Camaatımız dövlətçiliyimizi daim dəstəkləyib və əmin ola bilərsiniz ki, bundan sonra da həmişə Sizin yanınızda olacağıq.

Hörmətlə,

F.Məmmədov, Quba rayonu Rustov inzibati ərazi dairəsi
üzrə nümayəndə

B.Rəhimov, bələdiyyə sədri

Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi.