Gerb

05 iyun 2013, 19:00

Möhtərəm cənab Prezident!

Altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının tikintisinə göstərdiyiniz diqqət Rustov kəndinin sakinlərinin ürəyindən xəbər verir. Bu yollarda rahat gediş-gəlişin olması bizim çoxdankı arzumuzdur. İndi sevincimizin həddi-hüdudu yoxdur. Bizə göstərdiyiniz qayğıya görə kənd ağsaqqalları adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifahı naminə gördüyünüz misilsiz işlərinizdə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Q.Mustafayev, R.Güləliyev, M.Qeybullayev
Quba rayonu Rustov kəndinin ağsaqqalları

Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR