Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Vələd Əbdüləzizdən
06 iyun 2013, 18:30
Hörmətli Prezident!
Azərbaycan Respublikasının milli bayramı Respublika Günü münasibətilə Sizə Mavritaniya xalqı və hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.
Dost xalqlarımızın müştərək mənafeyi naminə ölkələrimiz arasında özünəməxsus əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində Sizinlə işi davam etdirməkdə maraqlı olduğumuzu vurğulayıram.
Zati-aliləri, dostum və qardaşım, hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Qardaşınız,
Məhəmməd Vələd Əbdüləziz
Mavritaniya İslam Respublikasının Prezidenti
