Gerb

06 iyun 2013, 18:50

Hörmətli cənab Prezident,

Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil respublikamız bu gün Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində güclənir və gözəlləşir. Xalqımızın sosial rifah halı günbəgün yaxşılaşır. Bütün bu deyilənlər qədim Nizami yurdu olan Gəncə şəhərində də son illər özünü daha geniş şəkildə göstərir. Sizin diqqət və qayğınız, yorulmaz fəaliyyətiniz nəticəsində şəhərimiz öz qədimliyini saxlamaqla daha da abadlaşıbdır. Fərəhli haldır ki, bu işlər dayanmadan, ardıcıl olaraq sürətlə davam edir. Sizin şəhərimizin tarixi-memarlıq kompleksi olan “İmamzadə” kompleksinin bərpasının tamamlanması üçün əlavə olaraq 4 milyon manat ayrılması haqqında imzaladığınız Sərəncam hər bir Gəncə sakini və eləcə də institutumuzun əməkdaşları tərəfindən böyük razılıqla qarşılanmışdır.

Qoy, Tanrı xoş əməllərinizə görə həmişə Sizin və ailənizin yanında olsun. Amin!

Sizi yenidən növbəti dəfə Prezident görmək arzusu ilə hörmətlə,

Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutunun kollektivi adından

Fətəliyev Kamil Hətəm oğlu, direktor

Azərbaycan Respublikası, Gəncə şəhəri.