Gerb

07 iyun 2013, 16:15

Hörmətli cənab Prezident!

Sizin “İmamzadə” Kompleksinin tamamlanması barədə imzaladığınız Sərəncam bir azərbaycanlı kimi məni də ürəkdən sevindirdi. Dövlətimiz Azərbaycan xalqının milli dəyərlərinə hörmətlə yanaşır. Milli-mənəvi dəyərlər xalqın keçmişi, bu günü və sabahı deməkdir. Bu tarixi məbədin qorunması, bərpası və yenidən qurulması üçün göstərdiyiniz səylər ziyalıların tam ürəyincədir. Gəncə “İmamzadə” Kompleksi mənəviyyatın gələcəyə açılan qapısıdır. Ona görə bu kompleks tarix boyu yaşayacaq və ziyarətə gələnlər Sizin xidmətinizi qiymətləndirəcəklər.

Sizə ürəkdən təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Famil Nəsibov, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru

Azərbaycan Respublikası, Gəncə şəhəri.