|
07 iyun 2013, 16:30
Dördüncü Rusiya-Azərbaycan regionlararası Forumunun iştirakçılarına
Hörmətli dostlar! Sizi - qəhrəman şəhər Volqoqradda keçirilən illik Rusiya-Azərbaycan regionlararası Forumunun iştirakçılarını və təşkilatçılarını ürəkdən salamlayıram. Yaranmış ənənəyə görə, bu Forum çərçivəsində iclaslar növbə ilə Azərbaycanda və Rusiyada keçirilir. Bu, hüquq bərabərliyi, mehriban qonşuluq və qarşılıqlı maraq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin davamlı inkişafına dəlalət edir. Əlamətdar haldır ki, bu qısa müddətdə forum regionlararası əməkdaşlığın aktual məsələlərinin müzakirəsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına şərait yaradan birgə təklif və qərarlar hazırlanması üçün səmərəli bir məkana çevrilmişdir. Bir məqam dərin rəmzi məna daşıyır ki, bu dəfə görüş yeri kimi cari ildə Stalinqrad ətrafında qələbənin 70 illiyini qeyd etmiş Volqoqrad şəhəri seçilmişdir. Axı faşist Almaniyasını ölkənin içərilərinə soxulmaq, o cümlədən silahlı qüvvələrin döyüş qabiliyyətinin təmin edilməsində mühüm rol oynayan Bakı neftini ələ keçirmək imkanından məhrum etmiş, bununla da bütün müharibənin gedişini dəyişmiş ən şiddətli döyüşlər məhz bu torpaqda gedirdi. O müharibə illərində xalqlarımızın qismətinə düşmüş ağır sınaqlardan birlikdə çıxdıq. Sevindirici haldır ki, bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir, əməkdaşlığın coğrafiyası genişlənir. Əminəm ki, Forum iştirakçıları qarşılıqlı anlaşmanın dərinləşməsinə sanballı töhfə verən, ikitərəfli əlaqələri daha da möhkəmlədən işgüzar və konstruktiv dialoqa nail olacaqlar.
Sizə səmərəli iş arzulayır, ən xoş diləklərimi bildirirəm. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.