Gerb

10 iyun 2013, 12:00

Hörmətli cənab Prezident!

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz sürətlə inkişaf edir, xalqımızın rifahı durmadan yüksəlir. Hər bir düşüncəli vətəndaşımız birmənalı şəkildə başa düşür ki, dövlətimizin sükanı etibarlı əllərdədir və Sizin siyasətinizi ürəkdən bəyənir.

Hörmətli cənab Prezident!

Azərbaycanın bütün bölgələri kimi, cənub bölgəsinin sakinləri də Sizin ölkəmizə rəhbərlik etdiyiniz müddətdə gördüyünüz böyük işləri, əhalimizin əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşaması üçün atdığınız qəti və inamlı addımları yüksək qiymətləndirir. Biz onların adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, həmişə yardımçınız olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Hörmətlə,

Dadaşov Mehrab, Ağayev Səyyad, Cavziyev Ədalət və başqaları (cəmi 722 nəfər)

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.