Şahnaz Həşimovadan və Fikrət Verdiyevdən, Gəncə, Azərbaycan
10 iyun 2013, 12:50
Möhtərəm cənab Prezident!
Siz xalqımızın milli mədəni dəyərlərini həmişə yüksək qiymətləndirirsiniz. Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi dahi söz sənətkarlarımızla bağlı yubileylərin keçirilməsini, Gəncənin tarixi abidələrinin yenidən qurulmasını bu şəhərin sakinləri xüsusi rəğbətlə qarşılayırlar. “İmamzadə” kompleksinin bərpasının tamamlanması üçün vəsait ayrılması barədə Sizin Sərəncamınızı eşidəndə çox böyük sevinc hissi keçirdik.
Möhtərəm cənab Prezident!
Milli mədəni dəyərlərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Xalq Artisti Şahnaz Həşimova,
Əməkdar Artist Fikrət Verdiyev.
Azərbaycan Respublikası, Gəncə şəhəri.
