|
10 iyun 2013, 17:40
İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul etmişdir
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçin ölkəmizə səfərini və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı aparılan müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanın Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiya Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Müstəqillik illərindən əvvəlki dövrlərdə də ölkələrimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladı. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.