|
10 iyun 2013, 18:00
İlham Əliyev Banqladeşin xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Banqladeşin xarici işlər naziri Dipu Moni Banqladeşin Prezidenti Abdul Həmidin və Baş nazir Şeyx Hasina Vazedin salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olduğunu vurğulayan nazir bu əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. Azərbaycan ilə Banqladeş arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin iqtisadi əməkdaşlıq, birgə layihələr və digər sahələrdə də inkişaf etdirilməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Banqladeşin xarici işlər naziri Dipu Moninin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Banqladeşin Prezidenti Abdul Həmidin və Baş nazir Şeyx Hasina Vazedin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Banqladeşin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.