|
10 iyun 2013, 18:18
İlham Əliyev Mərakeşin islam işləri və vəqflər naziri Əhməd Toufiqi qəbul etmişdir
İlham Əliyev Mərakeş Krallığının islam işləri və vəqflər naziri Əhməd Toufiqi qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Mərakeş Krallığı arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Siyasi əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək vermələrinin önəmini qeyd etdi. Əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Mərakeş Krallığının islam işləri və vəqflər naziri Əhməd Toufiqin ölkəmizə səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirdi. Qonaq Mərakeş Kralı VI Məhəmmədin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, turizm, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçısı Mərakeş kralı VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.