|
10 iyun 2013, 19:10
Monteneqro Prezidenti Filip Vuyanoviçdən
Zati-aliləri! Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Azərbaycan və Monteneqro arasında hər zaman səmimi və dost münasibətlər mövcud olmuşdur. Böyük məmnuniyyətlə vurğulamaq istərdim ki, yüksək səviyyəli qarşılıqlı səfərlərimiz hərtərəfli əməkdaşlığımıza ciddi təkan vermiş və ölkələrimiz arasındakı əlaqələri dünyada dostluq və əməkdaşlığın örnəyinə çevirmişdir. Monteneqroya rəsmi səfəriniz zamanı Bəyannamənin imzalanması qarşılıqlı anlaşma və etimadın göstəricisidir. Əminəm ki, gələcək əməkdaşlığımız dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələri daha da möhkəmləndirəcəkdir.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali vəzifənizin icrasında uğurlar arzulayıram. Monteneqro Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.