Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Monteneqro Prezidenti Filip Vuyanoviçdən

Text size Plus Minus

10 iyun 2013, 19:10

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Azərbaycan və Monteneqro arasında hər zaman səmimi və dost münasibətlər mövcud olmuşdur. Böyük məmnuniyyətlə vurğulamaq istərdim ki, yüksək səviyyəli qarşılıqlı səfərlərimiz hərtərəfli əməkdaşlığımıza ciddi təkan vermiş və ölkələrimiz arasındakı əlaqələri dünyada dostluq və əməkdaşlığın örnəyinə çevirmişdir. Monteneqroya rəsmi səfəriniz zamanı Bəyannamənin imzalanması qarşılıqlı anlaşma və etimadın göstəricisidir. Əminəm ki, gələcək əməkdaşlığımız dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələri daha da möhkəmləndirəcəkdir.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali vəzifənizin icrasında uğurlar arzulayıram.

Filip Vuyanoviç

Monteneqro Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi