Gerb

10 iyun 2013, 19:20

Hörmətli İlham Heydər oğlu!

Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

İnanıram ki, Azərbaycan dövlətçiliyinin bərpası günü təkcə əlamətdar tarix deyil, həm də azadlıqsevər Azərbaycan xalqının ümidlərinin doğrulmasını təcəssüm etdirən tarixi əhəmiyyətli hadisədir.

Əminəm ki, xalqlarımız arasında qarşılıqlı anlaşmanın səviyyəsi Ukraynanın və Azərbaycanın firavanlığının etibarlı rəhnidir, ölkələrimizin topladığı müsbət əməkdaşlıq potensialı isə bundan sonra da iqtisadi və humanitar sahələrdə, regionlararası əməkdaşlıq sahəsində yeni layihələrlə zənginləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə siyasi fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Leonid Kuçma

Ukraynanın sabiq Prezidenti

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR